EN

Bu dərsliklər şagirdlər üçün problem yaradır AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Təhsil birliyində dərsliklərin hazırlanması qaydaları var və bu qaydalara görə hər bir dərslik 4 və ya 5 il müddətinə hazırlanır".Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.O, bildirib ki, burada əsas məsələ müəllimlər, şagirdin sinif rəhbərləri və valideynlər tərəfindən dərsliklərlə bağlı düzgün təbliğatın aparılmasıdır:"Hər bir şagird bilməlidir ki, istifadə etdiyi dərslik bir neçə il ərzində digər şagirdlər tərəfindən də istifadə olunacaq. Məktəb rəhbərliyi dərsliklərin verilməsi və alınması zamanı diqqətli olmalıdır. Onun sözlərinə görə, dərsliklərin paylanması ilə bağlı komissiyalar da xüsusi diqqət yetirməlidir:"Təəssüf ki, bu məsələlər məktəblərdə çox vaxt düzgün aparılmır. Valideynlər dərsliklərlə bağlı düzgün məlumatlandırma vermədikdə, şagirdlər kitabları düzgün istifadə etmədikdə, dərsliklər vaxtından əvvəl sıradan çıxır. Bu isə məktəblərdə kitab çatışmazlığına səbəb olur".Ekspert bildirib ki, nəticə etibarilə, dərsliklərin çatdırılması qaydalarına əməl olunmalıdır. Hər bir kitabın istifadəsi və qorunması üçün şagirdlərin məsuliyyəti artırılmalıdır. Əsas məsuliyyət valideynlərin üzərindədir, lakin sinif rəhbərləri və məktəb kollektivi də şagirdlərin dərsliklərlə düzgün davranışını izləməli və təbliğatını aparmalıdır".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
42
45
demokrat.az

10Sources