EN

Şagirdlərin dərs zamanı telefondan istifadəsinə ciddi nəzarət edilməlidir Təhsil eksperti

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Məktəblərdə mobil telefonların istifadəsinə məhdudiyyətlər tətbiq olunacaq. Artıq ağıllı telefonlar dərs zamanı tamamilə qadağan ediləcək, yalnız zəng funksiyası olan adi telefonlardan istifadə mümkün olacaq. Məqsəd şagirdlərin diqqətini dərsə yönəltmək və məlumatı biliyə çevirməyə kömək etməkdir. elektron vasitələr, mobil telefonlar həm də şagirdlərin dərsə diqqətinin yayınmasına gətirib çıxarır. Ona görə də hətta müəllimlərin belə mobil telefonla dərsə daxil olmasını məhdudlaşdırmaq lazımdır”.

Bunu təhsil eksperti Kamran Əsədov 525.az-a bildirib. O qeyd edib ki, tədris prosesinin gedişatını pozan vasitələrin orta məktəblərdə səmərəsiz istifadəsinə yol vermək olmaz:

“Bu ildən qəti qərar verilib ki, məktəblərdə mobil telefonlardan istifadəyə qadağa qoyulacaq. Yaxşı olar ki, məktəblərdə bu qadağanın tətbiqinə ciddi nəzarət olunsun. Xüsusilə də yuxarı siniflərdə oxuyan şagirdlərin dərs zamanı telefondan istifadəsinə ciddi nəzarət edilsin. Dərs zamanı şagirdlərin sinifdən şəkillər, videolar çəkib paylaşması faktları az deyil. Sinif yoldaşına şiddət tətbiq edib və  onu çəkib yayan şagirdlərə də rast gəlib. Bu səbəbdən də orta məktəblərdə mobil telefondan istifadənin qadağan olunması məqsədəuyğundur. Dərs zamanı şagirdin bütün diqqəti müəllimdə olmalıdır, telefonda yox”.

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
525.az

1Sources