EN

Dövlət suverenliyi: qalibiyyət və sabitlik TƏHLİL

Reallıq ondan ibarətdir ki, hər bir xalq qələbələri, uğurları ilə ayaqda qalır və dünya miqyasında sayılan, seçilən millətlərdən olur. Həm də hərbi, siyasi, diplomatik qələbələri o xalqın nəinki bu gününə, eləcə də gələcəyinə də təsir edir. Birmənalı şəkildə demək olar ki, Azərbaycan 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün çəkən Vətən müharibəsi ilə 30 il erməni işğalı altında olmuş torpaqlarını azad etməklə qürurverici şanlı tarix yazdıki, bu da xalqımız üçün mühüm tarixi qələbədir. Qələbənin əsası 27 Sentyabrda qoyulduğundan hər il bu gün Anım Günü olaraq qeyd edilir. Fateh Sərkərdə, Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncamla əbəiləşdirdiyi 27 Sentyabr Anım Günü ölkəmizdə olduğu kimi, dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar, dost millətlər tərəfindən təntəli şəkil də qeyd edir.

27 sentyabrda başlayan Vətənin bütövləşməsi uğurunda savaşda Azərbaycan xalqı və ordusu Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə möhtəşəm birlik və bərabərlik nümayiş etdirdi. Bu birlik hesabına düşməni məhv edərək, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi. Azərbaycan Prezidenti, Fateh Sərkərdə İlham Əliyev parlaq qələbə müjdəsini xalqa çatdırarakən demişdir: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

Hərbi, siyasi qələbələrə gedən yolun başlanğıcı

Azərbaycanın qazandığı siyasi, hərbi, iqtisadi uğurları 2003-cü ildən sonra Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev rəhbərliyi ilə daha mütərəqqi və dinamik xarakter aldı. İqtisadi, sosial sahədə inkişafa nail olunmaqla yanaşı ordu quruçuluöğunda da mühüm nəticələlər olunurdu. Fateh Sərkərdə, Prezident İlham Əliyev hər bir çxışında, əhali ilə görüşlərində erməni işğalına son qoyulacağı barədə qətiyyətli fikirlər söyləyirdi. Nəhayət sözlər real addımlara və əməllərə keçdi. 2016-cı ilin aprelində Müzəffər ordumuz öz gücünü erməniləri bir sıra məntəqələrdə məhv edib, sıradan çıxartmaqla dünyaya nümayiş etdirdi. Aprel döyüşlərində qəhrəman ordumuz Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlının təhlükəsizliyinin təmin edilməsi oldu. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü.

Cəmi 44 gün çəkən əməliyyatlarla ermənilər ağ bayraq qaldırdılar

Erməni terror maşınının ardıçıl terror aktları törətməklə sərhədboyu ərazilərdə yaşayan əhaliyə təhlükə yaratması, eləcə də işğal etdiyi Azərbaycan ərazilərini sülh yolu boşaltmaq istəməməsi Azərbaycanı qətiyyətli addımlar atmağa söv etdi. Nəticədə Azərbaycan Prezidenti, Fateh Sərkərdə İlham Əliyevin əmri ilə Azərbaycanın Müzəffər ordusu düşməni məhv edib, ərazi bütövlüyümüzü bərpa etmək üçün hərbi əməliyyatlara başladı. Bu əməliyyatlar cəmi 44 gün çəkdi. Azərbaycan ordusunun döyüşlər zamanı 300-ə qədər kəndi, 5 şəhəri, 4 qəsəbəni, xeyli sayda strateji yüksəklikləri işğaldan azad etməsi noyabrın 10-da Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan Bəyanatın imzalanması ilə nəticələndi. Yenilməz Sərkərdə, Prezident İlham Əliyevin Sərəncamı əsasında Qarabağın ürəyi Şuşanın işğaldan azad edildiyi gün- 8 noyabr Zəfər Günü kimi təsis olundu. Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində demişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!. Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!”.

“Laçın” Nəzarət-Buraxılış Məntəqəsinin qurulması

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan Azərbaycanla sərhəddə və Qarabağdakı tör-töküntülərindən ibarət ordusunun qalıqları ilə təxribatlar törədirdilər. 2021-ci ilin noyabrında və 2022-ci ilin sentyabrında sərhəddə baş verən erməni təxribatlarını buna misal olaraq göstərmək olar. Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın–Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına cavab olaraq 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi qurulmuşdur. “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi qurulmasından sonra Qarabağdakı erməni separatçılarının Ermənistanla əlaqələri kəsilsə də Rusiyanın müvəqqəti olaraq yerləşən sülhməramlı qüvvələrindən silah-sursat almaqla mövqelərini möhkəmləndirməyə çalışmışlar. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror əməliyyatına başlanıldı. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat 43 dəqiqə davam etmiş əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir.

23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırdılar

Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılırdı. Erməni separatçıları təslim olduqdan sonra 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror əməliyyatı dayandırıldı. - Antiterror əməliyyatı zamanı hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər.

Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli canlı qüvvə itirdi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi.

2023-cü il sentyabrın 19-da başlayan və 23 saat 43 dəqiqə çəkən antiterror əməliyyatları ilə Qarabağdakı separatizm tamamilə sıradan çıxarıldı və terrorçular həbs edilərək istintaqa təhvil verildi. Artıq Qarabağımız rahat nəfəs alır, aparılan geniş miqyaslı quruculuq, abadlıq, təmir işlərindən sonra insanlar öz doğma yurd –yuvalarına qayıdırlar. Bu qayıdış isə əbədidir. Əminliklə demək olar ki, Azərbaycan bundan sonra daha da inkişaf edəcək və yeni-yeni zəfərlərə, qələbələrə imza atacaq.

Eldar İbrahimov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor

Chosen
20
2
sia.az

3Sources