EN

Balaxanı neftçiləri peşə bayramlarını təqaüdə çıxan qocaman üzvlərinin xeyir-duası ilə qeyd etdilər

Yoldaşlıq, şərəf, usanmaz əmək hekayəsi - “Neftçilər Günü”ndə Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən hasilat şirkətlərinin təqaüdə çıxan qocaman neftçiləri peşələrini belə təsvir etdilər.

Neft sənayesində 55 illik peşəkar yolunu başa vuran baş energetik Qurban Ağayev vurğuladı ki, bu gün o, həmkarlarına minnətdarlıq hissi ilə doludur: “Strateji sahə olduğuna görə, işimizdə məsuliyyət hissi bizi bir an tərk etmirdi. Gecə-gündüz fasiləsiz iş rejimində çalışırdıq. Məhz bunun üçün neftçilər arasında biri-birinə olan hörmət və dəstək hissi çox vacib idi. Hər birinə növbəti uğurlara addımlamaqda can sağlığı arzulayıram.”

Əmtəə operatoru, 45 illik neftçi stajını yekunlaşdıran Xalidə Abbasova isə hasilat ərazisinin bir küncündə saldığı gül bağını həmkarlarına yadigar və əmanət edib peşəkar yolunu yekunlaşdırır: “İstərdim ki, səylərimiz nəticəsində neftimiz həmişə bol olsun, həmkarlarımın işindən isə “gül” iyi gəlsin”.

“Balakhani Operating Company LTD”-nin baş qərargahında keçirilən bayram tədbirində çıxış edən hasilat şirkətinin prezidenti Rövşən Rzayev xatırlatdı ki,

Ümummilli Lider Heydər Əliyevin sərəncamına əsasən ölkəmizdə “Neftçilər Günü” kimi qeyd edilən 20 sentyabr tarixi ötən ildən etibarən Prezident İlham Əliyevin qərarı ilə həm də Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Məhz həmin gün Xankəndi şəhərində cəmi 23 saat davam edən antiterror əməliyyatı 2ci Qarabağ Müharibəsinin parlaq yekunu kimi Azərbaycan Respublikasının bütün ərazisində suverenliyimizi bərpa etdi. Bu iki günün eyni tarixə təsadüf etməsi neftçilər üçün həm şərəf, həm də müəyyən mənada onların işinə iltifatdır. Çünki məhz “Əsrin Müqaviləsi” ilə başlayan iqtisadi güclənmə prosesi Azərbaycanın bütün sahələrini dirçəltdi, Ali Baş Komandanın ordu quruculuğunu sürətləndirdi və Vətənimizi tarixi Zəfərə apardı.

“Şirkətimizdə belə bir ənənə var ki, təqaüdə çıxan qocaman əməkdaşlarımızın yolunu davam etdirmək istəyən ailə üzvlərini məmnuniyyətlə işə qəbul edirik. Azərbaycanın neft hasilatı ənənələri sizin kimi peşəkarların gənc nəslə ötürdüyü təcrübəsi hesabına həmişə yaşayacaq”, deyərək Rövşən Rzayev bayram tədbirini yekunlaşdırıb.

Təqaüdə çıxan neftçilər neft sənayesinə verdiyi töhfələrə görə təşəkkürnamələrlə və xatirə hədiyyələri ilə təltif olunublar.

Balaxanı Balaxanı Balaxanı Balaxanı Balaxanı Balaxanı
Chosen
5
6
apa.az

7Sources