EN

Tanınmış jurnalist: Bakıda həkimlərimiz mənə 2 ay ömrün qalıb dedilər

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mənə deyirlər ki, həkimlərimizi niyə tənqid edirsən? Həmin həkimlər mənə 1 il öncə “2 ay ömrün qalıb” deyəndə Heydər Əliyev Fondu mənə – iqtidarı tənqid edən jurnalistə sahib çıxdı, Fondun ən yüksək səviyyəsindən zəng gəldi – “Prezident şəxsi nəzarətə götürüb, sağalana qədər Dövlət arxanızdadır” dedi”.

Gununsesi.info bildirir ki, bunu tanınmış jurnalist Azər Rəşidoğlu deyib.

Onkoloji xəstəliklə mübarizə aparan jurnalist deyib ki, müalicəm uğurla davam edəndə dövlət başçısı onunla maraqlanıb:

” Prezident Aparatından zəng gəldi, çox yüksək səviyyədən – “Cənab Prezident salam deyir və səhhətinizlə maraqlanır”. O həkimlərin ümidinə qalsaydım, indi türklər demiş “taxtalıköydə” idim. Müalicə aldığım xəstəxanada və Türkiyədə Fondun müalicə etdirdiyi onlarla kasıb təbəqənin nümayəndəsi və qazilərimizi şəxsən görmüşəm. Yeri gəlmişkən, ayın 21-i növbəti müayinəyə gedirəm. Sizlərin duası ilə hər şeyin gözəl olacağına əminəm”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
60
icma.az

1Sources