EN

Novruzəli Aslanov İsmayıllıda seçicilərlə görüşdü FOTOLAR

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Milli Məclisin deputatı Novruzəli Aslanov 19 sentyabr 2025-ci il tarixində İsmayıllı rayonunda növbəti dəfə vətəndaşları qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu dəfəki görüş rayonun Mücühəftəran kəndində keçirilib.

Qəbul zamanı vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Kənd sakinləri əsasən təbii qaz təchizatında yaşanan müəyyən problemlərə diqqət yönəldilməsini istəyiblər. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirib.

Deputat Novruzəli Aslanovun keçirdiyi görüşdə iştirak edən Mücühəftəran kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
4
globalinfo.az

10Sources