EN

Azərbaycan Qran Prisində F1 pilotlari ilə “Fan Forum” təşkil olunub

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsində yarış həftəsinin ən çox gözlənilən tədbirlərindən biri – Fan Forum Dənizkənarı Bulvar ərazisində yerləşən Fanzonada keçirilib.

Səhnədə təşkil olunan sessiyada dünya şöhrətli Formula 1 pilotları azarkeşlərlə görüşərək onların suallarını cavablandırıb, avtoqraf verib və foto çəkdiriblər. Komandalar üçün ayrılmış vaxt ərzində fanatlar sevimli F1 ulduzlarını yaxından görmək və yarış həyəcanını birgə bölüşmək imkanı əldə ediblər.

Cümə günü keçirilən Fan Forumda Racing Bulls, Williams, McLaren, Kick Sauber və Aston Martin komandalarının üzvləri iştirak ediblər. Şənbə günü isə digər komandaların pilotlarının fanatlarla görüşü nəzərdə tutulub.

Beləliklə, Fan Forum həm pilotlar, həm də azarkeşlər üçün yarış həftəsinin ən yaddaqalan anlarından birinə çevrilib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
6
xalqqazeti.az

7Sources