BAKI, 19 sentyabr. TELEQRAF
Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanın təklifi ilə sərhəd qoşunlarının komandanı Edqar Hunanyanı vəzifəsindən azad edib.
Teleqraf xəbər verir ki, müvafiq fərmanErmənistan prezidentinin saytında dərc olunub .
“Edqar Hunanyan Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilsin”, - sənəddə qeyd olunur.
Hunanyanın işdən çıxarılma səbəbləri açıqlanmayıb. O, 2024-cü ilin iyulunda Ermənistan Sərhəd Qoşunlarının komandanı təyin edilib.