AZ

Ermənistanın sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edilib

BAKI, 19 sentyabr. TELEQRAF

Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanın təklifi ilə sərhəd qoşunlarının komandanı Edqar Hunanyanı vəzifəsindən azad edib.

Teleqraf xəbər verir ki, müvafiq fərmanErmənistan prezidentinin saytında dərc olunub .

“Edqar Hunanyan Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilsin”, - sənəddə qeyd olunur.

Hunanyanın işdən çıxarılma səbəbləri açıqlanmayıb. O, 2024-cü ilin iyulunda Ermənistan Sərhəd Qoşunlarının komandanı təyin edilib.

Seçilən
15
4
teleqraf.com

5Mənbələr