EN

“Formula-1”də sevgi formulu - MARAQLI GÖRÜNTÜLƏR

Bakının sayca doqquzuncu dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-prisində maraqlı anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, yarışı izləməyə gələn gənc oğlan sevgilisinə evlilik təklifi edib.

Sevgilisinin bu təklifinə təəccüblənən gənc xanım ona “hə” cavab verib. Baş verənlər lentə alınaraq sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, Bakı Qran-prisində belə hadisə ilk dəfə 2017-ci ildə baş vermişdi. Mercedes-AMG-nin azarkeşi Qrexem Beyker yarış zamanı sevgilisinə evlənmə təklif edərək uzun müddət sosial şəbəkələrin gündəminə düşmüşdü.




Bizim.Media

Chosen
20
50
bizim.media

10Sources