Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan MTX yayıb.
Qeyd edək ki, forum sentyabrın 19-dan 21-nə qədər baş tutacaq.
***
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.
Simonyan 16 sərnişinlik "Gulfstream G450" ilə Bakıya yola düşüb.
"FlyOne" şirkətinə məxsus təyyarə saat 20:12-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Simonyan sentyabrın 19-dan 21-dək Bakıda olacaq.