
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.
Yeniavaz.com news.am-a istinadən xəbər verir ki, Simonyan Bakıya 16 sərnişinlik “Gulfstream G450” təyyarəsi ilə uçub.
“FlyOne” şirkətinə məxsus təyyarə saat 20:12-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Simonyan sentyabrın 19-dan 21-dək Bakıda olacaq.
***15:30
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcək.
Yeniavaz.comxəbər verir ki, bu barədə News.am-a Ermənistan MTX-dən bildirilib.