EN

Ucarda iki yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Ucarda eyni vaxtda iki yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Bakı–Qazax magistralının Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb. Birinci qəza zamanı Bakı istiqamətində hərəkətdə olan traktorla yük maşını toqquşub. Nəticədə traktor magistral yoldan çıxaraq yol kənarına aşıb. İdarəetməni itirən yük maşını isə beton arakəsməni dağıdaraq yolun əks istiqamətinə çıxıb. Adı çəkilən ərazidə baş verən digər qəzada isə ağırtonajlı avtomobillə mikroavtobus toqquşub. Birinci qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 2 nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

 

Ucarda

Ucarda

Ucarda

Chosen
15
10
avtosfer.az

10Sources