AZ

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

Ucarda eyni ərazidə ard-arda 2 yol qəzası olub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qazıqumlaq kəndindən keçən hissəsində baş verib.

Birinci qəzada Bakı istiqamətində hərəkətdə olan traktorla yük avtomobili toqquşub. Nəticədə traktor magistral yoldan çıxaraq yol kənarına aşıb. İdarəetmədən çıxan yük maşını isə beton arakəsməni dağıdaraq yolun əks istiqamətinə çıxıb.

Adıçəkilən ərazidə baş verən digər qəzada isə iritonnajlı yük avtomobili ilə "Vito" markalı sərnişin avtomobili toqquşub.

Birinci qəzada müxtəlif xəsarətlər alan 2 nəfər – traktorun sürücüsü, Ucar rayon sakini,1990-cı il təvəllüdlü Xasıyev Şomul Gülməmməd oğlu və yük avtomobilinin sürücüsü, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Abbasov Vəli Nizami oğlu Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Bizim.Media, Aran bürosu

Seçilən
10
9
bizim.media

10Mənbələr