1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyə Superliqasının 6-cı turunda "Beşiktaş" səfərdə "Göztəpə"nin qonağı olub.
Oxu.Az xəbər verir ki, "qartallar" meydançanı məyus halda tərk ediblər.
Meydan sahibləri İstanbul klubunun qapısından 3 cavabsız top keçirməklə qələbə qazanıblar - 3:0.
Bu məğlubiyyət nəticəsində "Beşiktaş" liderlər qrupundan daha da uzaqlaşıb. Hazırda komanda 6 xalla 10-cu pillədə qərarlaşıb.
"Göztəpə" isə 12 xalla turnir cədvəlinin ikincisidir. Yarışa 5 oyundan 15 xalla "Qalatasaray" başçılıq edir.