EN

"Anadolu" liseyində qalmaqal: "Əgər qərar varsa, əvvəlcədən xəbərdarlıq edilməli idi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Nəsimi rayonunda yerləşən "Anadolu" liseyinin yuxarı siniflərinin Əhmədliyə köçürüləcəyi bildirilir.
"Baku TV"nin qaynar xəttinə müraciət edən valideynlərin sözlərinə görə, bu barədə məlumat onlara cəmi bir həftə əvvəl verilib.
Valideynlər qərardan narazıdırlar.
"Bu sıx tıxaclarla uşaqlar necə dərsə, kurslara gedəcək, nə vaxt evə qayıdacaqlar?! Hər birimizin istəyi onların təhsili və gələcəyidir. Əgər belə bir qərar varsa, əvvəlcədən məlumat verilməli idi ki, biz də tədbirimizi görə bilək. Amma bizə dedilər ki, bu, yalnız şayiədir, narahat olmayın", - deyə müraciət edən valideynlərdən biri bildirib.
Şagirdlər də qərara etiraz edirlər:
"Biz bu qərarla razı deyilik. Məktəbdə imza topladıq, heç kim getmək istəmir. Bir həftə əvvəl xəbər verdilər, hamı etiraz etdi".
Chosen
15
1
oxu.az

2Sources