Türkiyə Superliqasının 6-cı turunda "Beşiktaş" səfərdə "Göztəpə"nin qonağı olub.Metbuat.az xəbər verir ki, oyun meydan sahiblərinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu məğlubiyyət nəticəsində "Beşiktaş" liderlər qrupundan daha da uzaqlaşıb. Hazırda komanda 6 xalla 10-cu pillədə qərarlaşıb.
"Göztəpə" isə 12 xalla turnir cədvəlinin ikincisidir. Yarışa 5 oyundan 15 xalla "Qalatasaray" başçılıq edir.