EN

Daşınmaz əmlakın məcburi sığortalanması sənədsiz evlərə də aid olacaq?

ain.az bildirir, Oxu.az portalına istinadən.

Daşınmaz əmlakın məcburi sığortalanması ilə bağlı qanun layihəsi hazırlanıb.

Mərkəzi Bankdan verilən məlumata görə, təşəbbüsün əsas məqsədi fəlakətli risklərin dövlət üçün yaratdığı fiskal yükü azaltmaqdır. Yeni sistemin tətbiqi həmin risklərin sığorta şirkətlərinə və ümumilikdə sektora ötürülməsinə imkan yaradacaq.

Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Sahib Məmmədovun sözlərinə görə, əslində "Daşınmaz əmlakın icbari sığortası haqqında" qanun qəbul olunub və bu prosesə nəzarəti Mərkəzi Bank həyata keçirir. Lakin vətəndaşlar buna etimadsız yanaşırlar.

Onun sözlərinə görə, prosesin onlayn şəkildə izlənilməsi müəyyən çətinliklər yarada bilər. Çünki vətəndaşların əksəriyyəti daşınmaz əmlakın sığortalanmasına maraq göstərmir.

Bundan əlavə, sənədsiz evlərin sığortalanması məsələsi də açıq qalır.

Ətraflı süjetdə:

Daşınmaz əmlakın məcburi sığortalanması sənədsiz evlərə də aid olacaq?

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
42
oxu.az

1Sources