Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
19-25 sentyabr "Şəkər istehlakına diqqət həftəsi" çərçivəsində mütəxəssislər şəkərin orqanizmə gizli təsirləri barədə xəbərdarlıq edib.
Diyetoloq Berna Ertuğ bildirib ki, təbii şəkərlər (meyvə, tərəvəz, taxıl və süd məhsullarında olan) sağlamlıq üçün problem yaratmır. Çünki bu qidalar lif, mineral, antioksidant, protein və kalsiumla zəngindir və bədəni yavaş şəkildə enerji ilə təmin edir. Üstəlik, bu məhsullar xroniki xəstəliklərin riskini azaldır.
Əlavə şəkər isə sağlamlığın əsas düşmənidir. Qazlı içkilər, meyvə şirələri, şirniyyat, tort, peçenye və hətta çörək, ketçup və kolbasa kimi məhsullara qatılan şəkər həddən artıq istifadə olunduqda ciddi xəstəliklərə yol açır.
Gündəlik limit: Qadınlar üçün 24 qram (6 çay qaşığı), kişilər üçün 36 qram (9 çay qaşığı) tövsiyə olunur. Bu miqdar təxminən bir qutu qazlı içkinin tərkibindəki şəkərə bərabərdir.
İzafi şəkərin fəsadları:
Qarın piylənməsi və obezlik
Tip 2 şəkərli diabet və insulin direnci
Ürək-damar xəstəlikləri - yüksək trigliserid, aşağı "yaxşı xolesterin" (HDL), damar sərtliyi və infarkt riski
Qaraciyər piylənməsi - xüsusilə fruktozalı şəkərlər, alkoqol istifadə etməyənlərdə belə qaraciyərdə yağ toplanmasına səbəb olur
Diş çürüməsi - uşaqlıqdan başlayaraq əsas səbəb
Ruh sağlamlığına təsir - qan şəkərinin sürətli qalxıb-enməsi yorğunluq, əsəbilik və depressiya riskini artırır
Mütəxəssis əlavə edib ki, şəkəri tamamilə həyatınızdan çıxarmaq çətin olsa da, azaltmaq mümkündür:
Paketlənmiş qidalardan uzaq durmaq
Şirin içkilər əvəzinə su, şəkərsiz çay və bitki çayları içmək
Şirin tələbatını meyvələrlə qarşılamaq
Daimi idmanla immuniteti gücləndirmək
Lalə Qüdrətova
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.