EN

Tramp Trump Qızıl Kartı-na dair sərəncam imzaladı

ABŞ prezidenti Donald Tramp zəngin əcnəbilərə 1 milyon və 5 milyon dollara sürətli immiqrasiya təklif edən viza proqramının yaradılması haqqında sərəncam imzalayıb.

Musavat.com xəbər verir ki, məlumatı Ağ Ev öz saytında yerləşdirib.

Bildirilir ki, fiziki şəxslər emal və yoxlama haqqı ödədikdən sonra 1 milyon dollara “Trump Qızıl Kartı” ilə ABŞ-da daimi yaşayış hüququ əldə edə bilərlər. Ağ Evin açıqlamasına görə, 5 milyon dollara “Platinum Kart” əldə ediləcək ki, bu da alıcılara “ABŞ-dan kənarda əldə etdikləri gəlirə görə ABŞ vergilərinə məruz qalmadan ABŞ-da qalmağa” imkan verəcək.

İcra sərəncamına əsasən, adambaşına 2 milyon dollar rüsum ödəyən şirkətlər qeyri-müəyyən sayda işçi üçün ABŞ-da daimi yaşayış hüququ əldə edə bilər.

Tramp yeni viza proqramının yaradılması haqqında sərəncamı imzalayarkən jurnalistlərə deyib ki, bu qaydadan çoxlu gəlir əldə olunacaq: "Onlar bura gəlmək üçün çoxlu pul xərcləyəcəklər. Bu, vergilərin azaldılması, borcların azaldılması və digər yaxşı səbəblərə gedəcək milyardlarla, milyardlarla və milyardlarla dollarlar qazandıracaq".

KİV-lər qeyd edirlər ki, vizaların nə vaxt veriləcəyi hələ məlum deyil. Proqramın veb saytında "İndi müraciət et" bölməsi var, burada ərizəçilərdən adlarını, yaşayış bölgələrini və e-poçt ünvanlarını təqdim etmələri xahiş olunur.

İmmiqrasiya üzrə ekspertlər proqramın Konqresin təsdiqini tələb edəcəyini deyirlər.

 

Musavat.com

Chosen
55
musavat.com

1Sources