ABŞ hökuməti əcnəbilərə 1 milyon dollar müqabilində “Trump Gold Card” (Tramp qızıl kartı) adlanan daimi yaşayış icazəsi verilməsi prosesini sürətləndirəcək.
ABŞ prezidenti Donald Tramp bununla bağlı sərəncam imzalayıb.
Tramp bildirib ki, yeni proqram ABŞ-yə çox uğurlu və çox məhsuldar insanları cəlb etmək məqsədi daşıyır.
MənbəAPA