EN

ABŞ ordusu narkotik daşıyan gəmini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ prezidenti Donald Tramp beynəlxalq sularda narkotik daşınmasında istifadə edildiyi iddia olunan bir gəminin məhv edildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” şəbəkəsində yazıb.

Onun sözlərinə görə, gəmidə olan üç nəfər zərbə nəticəsində həlak olub.

ABŞ lideri qeyd edib ki, kəşfiyyat gəmidə qanunsuz narkotiklərin daşındığını və marşrutun narkotrafik üçün tanınmış xətt olduğunu təsdiqləyib.

“Zərbə zamanı gəmidə olan üç narkoterrorçu məhv edildi. ABŞ hərbçiləri arasında itki yoxdur”, – deyə Tramp bildirib. O, həmçinin gəminin məhv edilməsini əks etdirən videomaterial yayımlayıb.

Xatırladaq ki, Tramp 15 sentyabrda da beynəlxalq sularda üç nəfərdən ibarət venesuelalı narkokartel üzvünün zərərsizləşdirildiyini açıqlamışdı. Daha əvvəl, 2 sentyabrda ABŞ qüvvələrinin oxşar əməliyyat nəticəsində 11 nəfərlik qrupun məhv edildiyini bəyan etmişdi.

Prezidentin sözlərinə görə, Venesuela narkotiklərin qanunsuz dövriyyəsinə qarşı kifayət qədər tədbir görmür.


Bizim.Media

Chosen
24
1
bizim.media

2Sources