Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları keçirilir.
Operativ Media xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında "Kəpəz" Qəbələ şəhər stadionunda "Qəbələ"ni qəbul edəcək. Matç saat 17:00-da start götürəcək.
Digər qarşılaşma isə "Sabah" və "Turan Tovuz" komandaları arasında keçiriləcək. Matç saat 19:30-da "Bank Respublika Arena"da oynanılacaq.