Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura start veriləcək.
Operativ Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə "Karvan-Yevlax" "İmişli"ni qonaq edəcək. Matç saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.
Günün digər qarşılaşmasında isə "Zirə" "Şamaxı" ilə üz-üzə gələcək. Oyun saat 18:30-da start götürəcək.