EN

ABŞ-da helikopter qəzası: 4 əsgər öldü

MH-60 Black Hawk helikopterinin Vaşinqton ştatında qəzaya uğraması nəticəsində ABŞ ordusunun 4 əsgəri həlak olub.

Sitat.info xəbər verir ki, bu barədə “Associated Press“ agentliyi məlumat yayıb.

Bildirilib ki, qəza adi təlim missiyası zamanı baş verib.

Əsgərlər gecə tapşırıqlarını yerinə yetirən 160-cı Xüsusi Əməliyyat Aviasiya Alayının tərkibində olublar.

Qəzanın səbəbləri araşdırılır, həlak olanların adları daha sonra açıqlanacaq.

Chosen
13
5
sitat.info

8Sources