Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
MH-60 Black Hawk helikopterinin Vaşinqton ştatında qəzaya uğraması nəticəsində ABŞ ordusunun 4 əsgəri həlak olub.
APA xəbər verir ki, “Associated Press” agentliyinin verdiyi məlumata görə, insident adi təlim missiyası zamanı baş verib.
Əsgərlər gecə tapşırıqlarını yerinə yetirən 160-cı Xüsusi Əməliyyat Aviasiya Alayının tərkibində olublar.
Qəzanın səbəbləri araşdırılır, həlak olanların adları daha sonra açıqlanacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.