EN

Tramp: Biz Ukraynaya silah satıb pul qazanırıq

ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, ölkəsi Ukraynaya silah tədarükündən gəlir əldə edir, baxmayaraq ki, o, bunun tərəfdarı deyil.

“Biz bu müharibəyə pul xərcləmirik, onu NATO maliyyələşdirir. NATO bizdən silah alır. Mən bu müharibədən qazanmaq istəmirəm, amma fakt budur ki, biz qazanırıq, çünki bizim silahlarımız alınır. NATO ölkələri raketlərə, tanklara pul ödəyirlər”, – Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Amerika lideri əlavə edib ki, müharibədən yorulmuş ukraynalıları qınamır və vurğulayıb ki, “əgər prezident mən olsaydım, bu müharibə ümumiyyətlə olmazdı”.

Trampın sözlərinə görə, Çin Ukrayna böhranının həllində maraqlıdır və bu istiqamətdə əməkdaşlığa hazırdır: “Mən düşünürəm ki, Si Cinpin bu məsələdə bizə kömək etmək üçün bizimlə işləyəcək”, – deyə o qeyd edib.

Bundan başqa, Tramp “TikTok”la bağlı razılaşmanın həyata keçirilməsinə başlandığını bildirib və ABŞ-ın sosial şəbəkəyə nəzarət edəcəyini vurğulayıb. O həmçinin təsdiqləyib ki, Vaşinqton Əfqanıstanla Baqram aviabazasına nəzarətin bərpası barədə danışıqlar aparır: “Görək, Baqramla bağlı nə olacaq. Onu tərk etmək olmazdı”.

Chosen
35
veteninfo.az

1Sources