Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə bu gün start veriləcək.


Rekord.az xəbər verir ki, ilk olaraq pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.


Daha sonra "Formula 2"də sprint yarışı, ardınca "Formula 1"də sıralama turu baş tutacaq.


20 sentyabr


12:30. "Formula 1": Üçüncü sərbəst yürüş

14:15. "Formula 2": Sprint yarışı

16:00. "Formula 1": Sıralama turu


Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.