EN

Avropa Komissiyasında Orbana 550 milyonluq jest Macarıstanın şantajı işə yaradı

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Financial Times” (FT) qəzeti yazır ki, Avropa Komissiyası Budapeştin Rusiyaya qarşı yeni sanksiya paketini bloklamamasını təmin etmək məqsədilə təxminən 550 milyon avro həcmində dondurulmuş subsidiyaları açmağı nəzərdən keçirir.

Xatırladaq ki, Avropa İttifaqında sanksiyaların qəbul olunması üçün bütün üzv ölkələrin razılığı tələb olunur. Lakin Rusiya neftini almağa davam edən Macarıstan və Slovakiya Brüsselin yeni məhdudiyyətlərinə veto qoymaqla hədələyiblər.

Baş nazir Viktor Orban əvvəllər dəfələrlə Moskva əleyhinə sanksiyaların qəbulunu ləngidib və Aİ qərarlarını bloklamaqla hədələyib. FT qeyd edir ki, 2023-cü ildə Avropa Komissiyası Macarıstana ayrılmış 10 milyard avronu dondurmuşdu. Məqsəd Budapeştin Ukraynaya 50 milyard avro həcmində yardım paketinə veto qoymasının qarşısını almaq idi.

Ümumilikdə isə Brüssel 2022-ci ildə Macarıstana ayrılan 22 milyard avronu dondurmuşdu. Bunun səbəbi ölkədə məhkəmə sisteminin müstəqilliyi, söz azadlığı, qaçqınların hüquqları və sairlə bağlı ciddi narahatlıqlar idi.

Qeyd edək ki, sentyabrın 19-da Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib. Yeni siyahıya 118 ədəd “kölgə donanması”na məxsus gəmi əlavə olunub və bununla da sanksiya altına düşən Rusiya gəmilərinin sayı 560-ı keçib. Paketə həmçinin 2027-ci il yanvarın 1-dən Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalından imtina təklifi də daxildir. Sanksiyalar Rusiyanın iri enerji şirkətləri – “Rosneft” və “Qazpromneft”i də hədəfə alıb.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
azpolitika.info

1Sources