EN

Ukrayna Rusiyanın daha iki neft emalı zavodunu vurdu – VİDEO

Sentyabrın 20-nə keçən gecə Samara və Saratov vilayətlərindəki neft emalı zavodlarına pilotsuz uçuş aparatları ilə hücum edilib.

Turkustan.az “VÇK-OGPU” Teleqram kanalına istinadən xəbər verir ki, Novokuybışevsk neft emalı zavodu ərazisində partlayış və yanğın baş verib.

Hadisə şahidləri alovun görüntülərini qeydə alıb, sosial şəbəkələrdə videogörüntülər yayılıb. Ukrayna mənbələrinin iddiasına görə, zərbə ilkin neft emalı qurğusu ELOU-AVT-11-ə endirilib, əlavə olaraq başqa bir obyektin də zədələndiyi bildirilir.

Novokuybışevsk NQZ Rusiya müdafiə-sənaye kompleksi üçün strateji əhəmiyyət daşıyır. Zavod geniş çeşiddə məhsullar, o cümlədən Su-27, MiQ-29 qırıcıları, Tu-22M və Tu-160 bombardmançıları üçün reaktiv yanacaq istehsal edir. Müəssisənin illik emal gücü 1 milyon tondan çoxdur. Avqustda zavod artıq dron hücumuna məruz qalmış və fəaliyyəti müvəqqəti dayandırılmışdı.

Eyni zamanda, Saratov vilayətində də PUA hücumları barədə xəbərlər yayılıb. Yerli neft emalı zavodu ərazisində yanğın baş verib, hadisənin fotoları və videoları sosial şəbəkələrdə yayılıb.

İlkin məlumata görə, zərbə zavodun qurğularına deyil, estakadaya dəyib.

Yerel hakimiyyət orqanları hələlik hücumla bağlı rəsmi açıqlama verməyib.



Bizim.Media

Chosen
15
1
turkustan.az

2Sources