EN

“Sosial şəbəkə lentim Azərbaycan bayraqları ilə dolu idi” Tyerri Anri

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Futbol ekspertləri Tyeri Anri və Ceymi Karrager CBS Sports kanalında UEFA Çempionlar Liqasının I tur oyunlarını şərh edərkən “Qarabağ”ın Portuqaliya “Benfika”sı üzərində Lissabonda qazandığı (3:2) qələbəyə də toxunublar.

QOL.az bu barədə azerisport.com-a istinadən xəbər verir.

Fransa millisinin futbolçusu olmuş Tyerri Anri deyib: “Bu həftə sosial şəbəkələrdə mənim lentim Azərbaycan bayraqları ilə dolu idi. Yuxadan ouananda minlərlə mesaj gördüm. Mən sadəcə həqiqəti deməyə çalışırdım. ‘Qarabağ’ həqiqətən güclü komandadır. Onlar həm topla, həm də topsuz çox yaxşıdırlar. Düşünürəm ki, əsas gücləri də budur”.

Qeyd edək ki, Anri “Benfika” qarşılaşmadan əvvəl Ağdam təmsilçisinin sürpriz edəcəyini proqnozlaşdırmışdı.

Futbol eksperti Ceymi Karrager isə bildirib: “Əgər desəm ki, Tyerinin sosial şəbəkə hesablarında Azərbaycan bayraqlarını görəndə təəccüblənmədim, yalan danışmış olaram. O, artıq bütün Avropa üzrə proqnozlarını bölüşür. Mən onun ‘Qarabağ’ haqqında dedikləri ilə razıyam. Bu, həqiqətən təsiredici komandadır. Nizam-intizam və oyun keyfiyyəti, həm top ilə, həm də topsuz – məhz bu, onları digərlərindən fərqləndirir. Düşünürəm ki, əsas gücləri də budur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
46
5
qol.az

7Sources