EN

Paşinyan: Ermənistanla Azərbaycan arasında indiki kimi sülh dövrü olmayıb

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın tarixində müstəqilliyini elan etdiyi vaxtdan indiki qədər uzun sülh dövrü heç vaxt olmamışdır.

Bizimyol.info xəbər verir ki, bunu Mülki Müqavilə Partiyasının İdarə Heyətinin sədri, Ermənistanın baş naziri Nikol Paşinyan Mülki Müqavilə Partiyasının qurultayında deyib.

O qeyd edib ki, 1 il 7 aydır ki, Azərbaycanla sərhəddə mərmi atəşi nəticəsində ölən və yaralanan olmayıb. "Bu, sülhdür və bizim məqsədimiz bu bir il yeddi ayı iki, üç, beş, 50, 100 ilə çevirmək və Ermənistanın bütün sərhədlərinə qədər uzanmaqdır", - deyə Paşinyan əlavə edib.

O xatırladıb ki, partiyanın növbəti qurultayı 3 il əvvəl keçirilməli idi, lakin 2022-ci il sentyabrın 13-nə keçən gecə Azərbaycanın Ermənistan arasındakı gərginlik səbəbindən bu qurultay ləğv edilib. O vaxt baş nazir deyib ki, əgər ölkə yaxın iki-üç il ərzində öz mövcudluğunu təmin edə bilsə, o, gələcək əsrlər boyu təmin olunacaq.

"Üç il keçdi və mən sizin qarşınızda baş nazir kimi dayanıram. Sülh bəyannaməsi imzalanıb, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş paraflanıb", - deyə Paşinyan əlavə edib.

Xatırladaq ki, bu sazişlər avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderlərinin iştirakı ilə imzalanıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
icma.az

1Sources