EN

“Ermənistanda məni satqın adlandırırdılar” - Paşinyan

"Ermənistanın bəsirətli xalqı sülh gündəminin, sülh siyasətinin əsl memarıdır və mənim buna heç bir şübhəm yoxdur".

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan  Vətəndaş Müqaviləsi Partiyasının qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə,  9 noyabr 2020-ci il tarixli sənədi imzaladığım və müharibəni bitirdiyimə görə, satqın adlandırılıb.  pizza sifarişi

"Bu mənim üçün əsl şok idi. Erməni elitasının əhəmiyyətli bir hissəsi məni vətənə xəyanətdə ittiham etdi, onlara süd verən analar isə eyni şeyə görə mənə təşəkkür etdilər. Bu analardan soruşdum: nəyə görə mənə təşəkkür edirsiniz? Onların cavabı konkret oldu: on minlərlə əsgərin həyatını xilas etdiyinə və müharibəni bitirdiyinə, Ermənistanı xilas etdiyinə görə. Bizə dedilər: sülhə doğru gedin, bizə sülh lazımdır, ancaq sülh. Başa düşdüm ki, bu, insanların, o cümlədən kişilərin səsidir”, - Paşinyan bildirib./Unikal.az


Telegram kanalımız
Chosen
49
9
yenisabah.az

10Sources