EN

Bakıda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyanın 8-ci sessiyası keçirilir - Vətən Naminə

">

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, iki gün davam edəcək sessiyanın gündəliyində dayanıqlı inkişaf məqsədləri kontekstində su hövzələrinin və su bioloji resurslarının davamlı idarə olunması yollarının müzakirəsi, region ölkələrinin daxili su hövzələrində balıq ehtiyatlarının öyrənilməsi, balıqçılıq təsərrüfatlarının idarə edilməsi üzrə regional prinsiplərin hazırlanması və sənədlərin qəbulu nəzərdə tutulub.

Tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Dövlət Su Ehtiyatları, Azərbaycan Qida Təhlükəsizliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliklərinin sədrləri və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi iştirak edir.
Chosen
202
12
vetennamine.az

10Sources