ain.az, Bizim media portalına istinadən məlumat yayır.
Bütün gün, hətta gecə boyu taxdığınız sırğalar qulaqlarınıza ciddi ziyan vura bilər.Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, qulağın sırğalıq hissəsi düşündüyümüzdən daha həssas nöqtədir.Burada diqqət etməli olduğunuz bəzi risklər var.Mütəxəssislər xəbərdarlıq edir ki, yatarkən sırğanı çıxarmamaq uzun müddət ərzində qulağın formasını poza bilər, vaxtından əvvəl qırışlara və hətta ağrılı deformasiyalara səbəb ola bilər.Böyrü üstə yatanlar üçün risk daha böyükdür. Sırğa yastıq və qulaq arasında ilişib, təzyiq göstərir. Bu, sırğa dəliyinin genişlənməsinə, toxumanın zəifləməsinə səbəb ola bilər. Nəticədə dərinin qıcıqlanmasına, çapıqlara yol açır, bununla da müxtəlif infeksiyalarırn toplanmasına gətirib çıxarır.Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.