EN

Rusiya ordusu Dnepri bombaladı 579 döyüş PUA sı, 8 ballistik və 32 qanadlı raket atılıb

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Sentyabrın 20-nə keçən gecə Rusiya ordusu Dnepropetrovsk vilayətinə raket və PUA-larla güclü zərbələr endirib. Vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, hücum nəticəsində 1 nəfər həlak olub, azı 26 nəfər yaralanıb. Yaralılardan 14-ü xəstəxanaya yerləşdirilib.

Dnepr şəhərində bir neçə yanğın baş verib. Raketlərdən biri kasetli sursatla çoxmərtəbəli binaya düşüb. Bundan əlavə, bir sıra fərdi evlər, təsərrüfat binaları, qarajlar və müəssisələrə də ziyan dəyib. Pavlodar şəhərindəki sənaye müəssisəsində də yanğın qeydə alınıb. Nikopol rayonunda isə FPV dronları və artilleriya zərbələri nəticəsində yaşayış evi yanıb.

Həmin gecə hücumlara Kiyev, Nikolayev, Odessa və Xmelnitski vilayətləri də məruz qalıb. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkə üzrə ümumilikdə 3 nəfər həlak olub.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya ordusu 19 sentyabr axşamından etibarən ümumilikdə 579 döyüş PUA-sı, 8 ballistik və 32 qanadlı raket buraxıb. Ukrayna Hərbi Hava Qüvvələri isə onlardan 552 PUA-nı, 2 ballistik və 29 qanadlı raketi məhv etdiyini və ya zərərsizləşdirdiyini açıqlayıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
46
azpolitika.info

1Sources