EN

“Qarabağ”ın oyununun yeri dəyişdirildi

Misli Premyer Liqasında 7-ci turun oyun cədvəli məlum olub.

Turkustan.az Qol.az-a istinadla xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Ölkəmizdə keçiriləcək MDB oyunları ilə əlaqədar olaraq 1-ci dövrənin “Kəpəz – Qarabağ” oyunu ilə 3-cü dövrənin “Qarabağ” – “Kəpəz” oyunlarının yeri dəyişdirilib.

Beləliklə, 7-ci turda “Qarabağ” “Kəpəz”lə matçı səfərdə deyil, öz meydanında keçirəcək.

7-ci turun təqvimi belədir:

3 oktyabr (cümə)

“Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu, 19:30

“Araz-Naxçıvan”– “İmişli”
“Liv Bona Dea Arena”, 17:00

4 oktyabr (şənbə)

“Qarabağ” – “Kəpəz”
“Azersun Arena”, 17:00

“Sumqayıt” – “Turan Tovuz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30

5 oktyabr (bazar)

“Qəbələ” – “Şamaxı”
Qəbələ şəhər stadionu, 17:30

“Karvan-Yevlax” – “Sabah”
Şamaxı şəhər stadionu, 15:00

Chosen
35
17
turkustan.az

10Sources