EN

Xaçmazda dəhşətli qətl Qazi saxlanıldı (YENİLƏNİB)

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sentyabrın 20-də gecə saat 4 radələrində Xaçmaz rayon sakini Kənan Cəbiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Unikal"a Xaçmaz rayon prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı Emin Baxışovun rayonun Ağtala kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Kənan Cəbiyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Baxışov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

***10:39

Xaçmazda qətl törədilib

"Unikal"ın məlumatına görə, Xaçmaz rayonunun Ağtala kəndində qətl hadisəsi baş verib.

Belə ki, 32 yaşlı kənd sakini Emin Zakir oğlu Baxışov 37 yaşlı həmkəndlisi Kənan Əlövsət oğlu Cəbiyevi bıçaqlayıb. 

Ağır xəsarət alan Kənan Cəbiyev hadisə yerində ölüb.

Qeyd edək ki, həmkəndlisini öldürən Emin Baxışov Vətən Müharibəsi iştirakçısıdır.

Xaçmaz rayon prokurorluğunda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Asiman Qaraca

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
19
unikal.az

10Sources