AZ

Xaçmazda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Xaçmazda
Sentyabrın 20-də gecə saat 4 radələrində Xaçmaz rayon sakini Kənan Cəbiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan 1news.az-a verilən məlumata görə, araşdırma zamanı Emin Baxışovun rayonun Ağtala kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Kənan Cəbiyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Baxışov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Seçilən
25
16
1news.az

10Mənbələr