Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat katibi Qabil Osmanlı məlumat yayıb.
Ukrayna ordusu sıralarında döyüşlərə qatılan 1987-ci il təvəllüdlü Həsənov Tofiq Tahir oğlu Xarkov vilayətinin Ternova kəndində döyüş tapşırığını icra edərkən həyatını itirib.
Onun Ukrayna ordusunun hərbçisi kimi hava dronları üzrə operator və aparıcı mütəxəssis vəzifəsində çalışdığı bildirilib.