EN

Neymar uzun müddət yaşıl meydanlardan kənarda qalacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Braziliyanın "Santos" komandasının hücumçusu Neymar zədələndiyinə görə ən azı bir ay ərzində qarşılaşmalarda iştirak edə bilməyəcək".
Oxu.Az bildirir ki, jurnalist Lukas Musetti bu barədə "X" sosial şəbəkə hesabında məlumat verib.
Mənbənin məlumatına əsasən, 37 yaşlı forvard yaxın günlərdə əlavə müayinələrdən keçəcək.
Daha əvvəl Neymarın dördbaşlı əzələsini (kvadriseps) zədələdiyi bildirilmişdi.
Qeyd edək ki, Neymarın "Santos"la müqaviləsinin müddəti 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.
Chosen
28
7
oxu.az

5Sources