AZ

"Real Madrid"in ulduzu üç ay yaşıl meydanlardan uzaq qalacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İspaniyada La Liqa nəhəngi "Real Madrid"in müdafiə xəttinin əsas oyunçularından biri Antonio Rüdiger beynəlxalq matçda aldığı zədə ilə azarkeşləri məyus edib.
Oxu.Az "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, Rüdiger Almaniyanın Şimali İrlandiya ilə dünya çempionatının seçmə oyunu zamanı zədələnib. Təcrübəli futbolçu səfərdən sonra Madridə qayıdaraq MRT-dən keçib və mənfi nəticələr alıb. Ətraflı müayinə zamanı onun sol bud əzələsində gərginlik və şiş aşkarlanıb. Klub həkimləri alman ulduzun vəziyyətini son dərəcə ciddi qiymətləndiriblər.
Bildirilir ki, alman müdafiəçi zədə səbəbindən təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu, Xavi Alonsonun müdafiə planlarına əhəmiyyətli dərəcədə təsir edəcək.
Bu mövsümə qədər yalnız bir dəfə "Real Madrid"də çıxış edən Rüdiger İspaniya nəhəngi üçün bütün yarışlarda 157 oyuna çıxıb. Təcrübəli müdafiəçi bu matçlarda 7 qol vurub və komanda yoldaşlarına 4 məhsuldar ötürmə edib.
Seçilən
35
50
oxu.az

10Mənbələr