Bakı. Trend:
Sentyabrın 20-nə keçə gecə Günəşdə partlayış baş verib.
Trend xəbər verir ki, bubarədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Məlumata görə, sentyabrın 20-nə keçən gecə Bakı vaxtı ilə saat02:41-də 4216 (N07W25) Günəş ləkələri qrupunda rentgen diapazonunda38 dəqiqə davam edən M1.5 partlayışı qeydə alınıb.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasınıngücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.