EN

“İnanıram ki, Əlisəmid bu böhranlı vəziyyətdən çıxacaq...”

Xəbər verdiyimiz kimi, şair Əlisəmid Kürün səhhətində ciddi problemlər yarandığı üçün o bir neçə gündür ki, xəstəxanaya yerləşdirilib. Şairə görə, qələm yoldaşları, oxucular çox narahatdır. 

Məsələylə bağlı Adalet.az-a danışan yazıçı Nəriman Əbdülrəhmanlı qələm dostunun tezliklə öz sağlamlığına qovuşacağına ümid etdiyini bildirib:

“Əlisəmidlə qırx ildən artıqdır ki, tanışıq, uzun müddət bir yerdə işləmişik. Yəni bizim tanışlığımız 80-ci illərin ortalarına gedib çıxır. Onu tanımamışdan əvvəl də yaradıcılığına bələd idim, haqqında da bütöv bir portret yazmışam. Yəni Əlisəmid həmişə şair, insan kimi dəyərləndirilməli insanlardan olub.

İnsan xəstələnə də bilər, yaş da özünü göstərir. Ancaq Əlisəmid ruhən də, fiziki cəhətdən də möhkəm olub. İnanıram ki, o bu böhranlı vəziyyətdən çıxıb yenə yaradıcılığı ilə məşğul olacaq. Onun mənəvi gücü də, iradəsi də buna bəs edir”. 
Yazıçı deyib ki, belə situasiyalarda dövlət qurumları yaradıcı adamlara yardım etməlidir:

“Heydər Əliyev Fondu kömək etməlidir. Bu təkcə Əlisəmid Kürlə bağlı deyil. Yaradıcı adamların əksəriyyətinin maddi cəhətdən böyük imkanları olmur. Hətta öz müalicələrini təmin edə bilmirlər. Ona görə də təbii ki, dövlət qurumlarının və ya Heydər Əliyev Fondu kimi xeyriyyə fondu bunu öz üzərinə götürsə, çox yaxşı olar”. 

Vasif ƏLİHÜSEYN

Chosen
26
1
adalet.az

2Sources