ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Formula 2 üzrə Azərbaycan Qran-Prisində sprint yarışının qalibi mükafatlandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, birinci yeri isveçli Dino Beqanoviç (“Haytek”) tutub. Britaniyalı Luke Brouninq (“Haytek”) ikinci, irlandiyalı Aleks Dunne (“Rodin Motorsport”) üçüncü yerə yiyələnib.
Qalibə mükafatı Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov təqdim edib.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.