EN

Psixiatr: Emosiyaları gizlətmək sağlamlıq riskini artırır

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Qəzəbin və incikliyin boğulması sağlamlıq problemlərinə, o cümlədən qalxanabənzər vəzinin fəaliyyətində pozuntulara səbəb ola bilər.

Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə psixiatr və psixoterapevt Tatyana Zelenkova-Zaxarçuk danışıb.

Mütəxəssisin sözlərinə görə, emosiyaların uzun müddət boğulması fonunda yaranan stress orqanizm tərəfindən təhlükə kimi qəbul olunur və yuxusuzluq, hormonal pozğunluqlar, həmçinin reproduktiv sağlamlıq problemlərinə gətirib çıxara bilər. Daimi narahatlıq şəraitində qalxanabənzər vəzi hormonlarının artıqlığı ilə bağlı sindrom — tireotoksikoz riski yüksəlir, depressiya zamanı isə hormon çatışmazlığı hipotiroidizm inkişaf edə bilər.

Bundan başqa, boğulmuş mənfi emosiyalar çox vaxt özünəqiymətin enməsinə, acizlik hissinə, yalançı günahkarlığa və insanda özünə inamın itirilməsinə səbəb olur. Problemlərin qarşısını almaq üçün həkim qəzəbi, incikliyi və məyusluğu içində saxlamamağı, onları təhlükəsiz yollarla — sözlü ifadə etməklə, fiziki aktivlik və ya psixoloqla işləməklə çıxarmağı məsləhət görüb.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
1
olke.az

2Sources