EN

Şəhidlərin ailə üzvləri və qazilər Formula 1 Qran-Prisinə qonaq qismində dəvət olunublar

Bakı, 20 sentyabr, AZƏRTAC

Bakı bu həftəsonu Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, minlərlə azarkeşin canlı izlədiyi bu möhtəşəm idman bayramında II Qarabağ müharibəsində xalqımıza tarixi Qələbəni yaşadan qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz də fəxri qonaq qismində dəvət olunublar. Həmçinin Formula 1-in balaca həvəskarları bulvar boyunca təşkil olunan əyləncələrdə iştirak ediblər.

Chosen
63
7
azertag.az

10Sources