EN

Adnan Əhmədzadəyə dair daha bir iddia: “Rusiyanın adamıdır”

Tanınmış iş adamı Adnan Əhmədzadə həbs edilib. Bakı şəhəri Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Adnan Əhmədzadə uzun illər SOCAR-ın rəhbər vəzifələrində çalışıb, həm ölkə daxilində, həm də xaricdə böyük biznes şəbəkəsi ilə tanınıb. O, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavinidir. 

News365.az xəbər verir ki, bəzi ekspertlərin sosial şəbəkədəki iddiasına görə, Adnan Əhmədzadənin saxlanılması həm də onun “Rusiyanın adamı” olmasıyla bağlı formalaşan güclü şübhələrlə də bağlıdır. İddialara görə, SOCAR daxil olmaqla, ölkənin bir çox administrativ qolunda bu və ya digər formada yerləşmiş 5-ci kolona bağlı yaxud təsiri altında olan ünsürlər hələ də qalmaqdadır.

A.Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə əlaqələndirilir. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

Chosen
39
50
news365.az

10Sources