Qəzaya düşən avtobus Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu olub.
İlkin məlumata görə, qəza nəticəsində 15 sərnişin və 1 nəfər avtobus sürücüsü xəsarət alıb.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. (APA)
***
Naxçıvanda ağır yol qəzası baş verib, 15-dən çox yaralı var.
Musavat.com-un APA-ya istinadla xəbərinə görə, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.
Avtobus dərəyə aşıb, qəza nəticəsində çoxlu sayda yaralı var.
Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub.

