EN

Naxçıvan Dövlət Kukla Teatrı Qaxda “Arşın mal alan” tamaşasını təqdim edib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qax, 20 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində ölkədaxili səfərlərini davam etdirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan teatrının kollektivi sentyabrın 20-də Qax Dövlət Kukla Teatrının qonağı olub. Teatrın yaradıcı kollektivi tamaşaçılara dahi bəstəkarın “Arşın mal alan” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.

Tamaşanın quruluşçu rejissoru Səyyad Məmmədov, quruluşçu rəssamı Ədalət Quliyev, musiqi tərtibatçısı Əli Məmmədovdur. Rolları Sadiq Əliyev (Əsgər), Ulduz Süleymanova (Cahan), İlham Babayev (Süleyman), İlqar Babayev (Vəli), Süleyman Süleymanov (Soltan bəy), Əfqanə Ələsgərova (Gülçöhrə), Nigar Əhmədova (Asya) və Aysu Babayeva (Telli) canlandırıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
1
azertag.az

2Sources